Azərbaycan cüdoçularının Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək qran-pri turnirindəki ilk rəqibləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunacaq.


Turnirdə 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) mübarizə aparacaq.


Zaqreb qran-prisinin görüşləri noyabrın 13-dən 15-dək davaç edəcək.


Azərbaycan cüdoçularının ilk rəqiblərini təqdim edirik:


Qadınlar


52 kq, 1/16 final


Gültac Məmmədəliyeva – Tihea Topolovets (Xorvatiya)


70 kq, 1/16 final


Südabə Ağayeva – Olha Tsimko (Ukrayna)


+78 kq, 1/16 final


Madina Kaisinova – Kinga Volşçak (Polşa)


Kişilər


60 kq, 1/16 final


Murad Muradlı – Luka Mxeidze (Fransa)


66 kq, 1/16 final


Nizami İmranov – Daiki Buba (Fransa)


Turan Bayramov – Florian Böker (Almaniya)


73 kq, 1/32 final


Nəriman Mirzəyev – Valtteri Olin (Finlandiya)


Rüfət Şövlətov – Luka Katiç (Xorvatiya)


90 kq, 1/32 final


Vüqar Talıbov – Peter Şafrani (Macarıstan)


100 kq, 1/16 final


Əjdər Bağırov – Mixael Korrel (Niderland)


+100 kq, 1/8 final


Uşanqi Kokauri – İqor Vraçar (Serbiya) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə


Kənan Nəsibov – Murtaza Suha (Almaniya) / Jantilek Nurtilepuli (Qazaxıstan) cütünün qalibi ilə