“Kür” Şimali Makedoniya klubuna qarşı
- 14:00
- 39
Qadınlardan ibarət "Kür" həndbol komandası bu gün EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.
Tərəflər arasında cavab oyunu noyabrın 15-də eyni məkanda baş tutacaq. "Kür" 2-ci raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.