İspaniyanın “Real” klubu futbolçusu Xames Rodriqeslə bağlı qərarını verib.

Rekord.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. “Real”ın baş məşqçisi Zinəddin Zidan kolumbiyalı yarımmüdafiəçinin satılmasını istəyir.

Xameslə İtaliyanın “Yuventus” klubu yaxından maraqlanır. Turinlilərin yay transfer pəncərəsi dövründə 28 yaşlı yarımmüdafiəçi üçün danışıqlara başlayacağı bildirilir.