Ramil Şeydayev "Neftçi"nin əsas komandasının məşqlərinə qoşulub.

Rekord.az xəbər verir ki, bu, məcburiyyətdən atılan addımdı.

Şeydayev Samir Abasovun planlarına daxil deyil. Sadəcə, "ağ qara"lar ondan canını qurtara bilmir. Futbolçu təzminatını tam almadan "Neftçi"dən getmək istəmir.  Onun istədiyi məbləği isə klub ödəmən niyyətində deyil. Vəziyyətdə dəyişiklik olmayacağı təqdirdə Şeydayev əvəzedici komandaya göndəriləcək. Hazırda əvəzediciləri istirahətdə olduğu üçün Ramil "Neftçi"nin əsas komandası ilə məşq edir.