Bir müddən bfehruzndan qabaq Şövkət Orduxanov adına Qusar stadionunun yenidən qurulması gündəmdə olsa da deyəsən artıq bu məsələ qapanıb. Halbuki bu məqsədlə stadion demək olar ki, tamamilə söküldü.

Rekord.az-ın əldə etdiyi məlumata görə, hazırda arena yiyəsiz qalıb.

Hansısa tikinti planından söhbət belə getmir. Etibar Pirverdiyevin “Azenerji”nin prezidenti postundan gedişindən sonra həm “Şahdağ” həm də stadion ortada qaldı. Çünki “Şahdağ” məhz Pirverdiyevin nəzarətində olan klub idi və məhz onun dövründə stadionun yenidən qurulması gündəmə gəlmiş, layihə hazırlanmışdı.