Qobustanda daha bir idman tədbiri
- 10:30
- 30
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsində 3 qat Dünya çempionu İbad Rzazadənin rəhbərliyi altında uşu idman növü üzrə ustad dərsi təşkil olunub.
Rekord.az xəbər verir ki, idman tədbiri zamanı öncə yeniyetmə idmançılara və həvəskarlara uşu idman növü haqqında ətraflı məlumat verilib.
İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra təcrübəli məşqçi-müəllimin rəhbərliyi altında müxtəlif fəndləri mənimsəyərək yerinə yetiriblər. Uşu idman növü üzrə ustad dərsinin keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və təlim-məşq proseslərinin təkmilləşdirilməsidir.