Qələndərzadə DÇ-də növbəti mərhələyə yüksəldi
- 13:20
- 38
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda estoniyalı Saad Dikayevi ipponla məğlub edib.
V.Qələndərzadə növbəti mərhələdə qazaxıstanlı Abilayxan Zubanazarla üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.