UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü turun növbəti oyunları keçirilib.

Rekord.az xəbər verir ki, A, B və C liqalarında ümumilikdə 10 qarşılaşma baş tutub.

A Liqasında Xorvatiya İspaniyanı, İngiltərə isə Çexiyanı qəbul edib. İspanlar səfərdə, ingilislər evdə qələbə qazanıblar.

UEFA Millətlər Liqası
4-cü tur

A Liqası, 3-cü qrup

Xorvatiya – İspaniya - 1:2
İngiltərə - Çexiya - 3:0

Xallar: İspaniya - 12, İngiltərə - 9, Xorvatiya - 3, Çexiya - 0

B Liqası, 1-ci qrup

İsveçrə - Şimali Makedoniya - 3:0
Şotlandiya – Sloveniya - 1:2

Xallar: İsveçrə - 12, Sloveniya - 7, Şotlandiya - 4, Şimali Makedoniya - 0

C Liqası, 1-ci qrup

Albaniya - San-Marino - 1:1
Belarus - Finlandiya – 1:0

Xallar: Belarus - 7, Finlandiya - 7, Albaniya - 7, San-Marino - 0

C Liqası, 3-cü qrup

Qazaxıstan - Farer adaları – 2:2
Moldova - Slovakiya – 0:4

Xallar: Slovakiya - 10, Farer adaları - 4, Moldova - 4, Qazaxıstan - 2

C Liqası, 4-cü qrup

Lüksemburq - Bolqarıstan – 0:2
Estoniya – İslandiya – 0:0

Xallar: İslandiya - 8, Estoniya - 6, Bolqarıstan - 4, Lüksemburaq - 3,