"Qarabağ"ın legionerinin durumu bəlli oldu
- 18:00
- 39
"Qarabağ"ın zədəli futbolçusu Renaldo Sefasın durumuna aydınlıq gəlib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı vinger MRT müayinəsindən keçib. Müayinənin nəticələrində əhəmiyyətli dəyişikliklər aşkarlanmayıb.
Yamaykalı 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək. Xatırladaq ki, Sefas ölkəsinin yığma komandasının heyətində KONKAKAF Millətlər Liqasının Hondurasla oyununda zədə almışdı.