Rəşid DÇ-də bürünc medal uğrunda mübarizə aparacaq
- 15:15
- 34
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında növbəti görüşlərini keçirib.
Rekord.az xəbər verir ki, milli üzvü 1/4 finalda fransalı Dayyan Bulemtapeslə qarşılaşıb.
Cüdoçumuz bu rəqibinə uduzub. Buna baxmayaraq, Azərbaycan cüdoçusu medal qazanmaq şansını saxlayıb. Belə ki, Məmmədəliyev təsəlliverici görüşdə italiyalı Leonardo Valerianini üstələyərək bürünc medal uğrunda yarışmaq hüququ əldə edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.