İmişlidə dövlət qurumları əməkdaşları arasında bilyard turnir keçirilib.
- 22:30
- 34
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun və İmişli Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə dövlət qurumları əməkdaşları arasında bilyard üzrə turnir keçirilib.
Rekord.az xəbər verir ki, turnirin yekununda I, II və III yerləri tutan idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və hədiyələrlə təltif olunublar.