Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk matçını bu gün keçirəcək.


Rekord.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu komanda G qrupunda İsveçrə təmsilçisi "Lions de Geneve"ni qəbul edəcək.


Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götüəcək.


Qeyd edək ki, "LANDAU Lions" qrupda "Prievidza" (Slovakiya), "Bakken Birs" (Danimarka), "Dənizli Basket" (Türkiyə) və "Benfika" (Portuqaliya) ilə də qarşılaşacaq. Azərbaycan təmsilçisi növbəti matçını oktyabrın 13-də Slovakiya komandasına qarşı keçirəcək.