21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.


Rekord.az xəbər verir ki, Rəşad Eyubovun baş məşçqisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gəlib.


B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü U-21 yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurublar.


U-21 qrupda 6 komanda arasında 10 xalla 5-ci olub.