Azərbaycan cüdoçusu Hanna Zaytseva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.


Rekord.az xəbər verir ki, 63 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Macarıstan təmsilçisi Anna Kriza ilə üz-üzə gəlib.


Rəqibinə məğlub olan idmançımız yarışla vidalaşıb.


Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.