Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.


Rekord.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovu məğlub edib.


Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.