Qobustanda “Sən de, o etsin!” tədbiri
- 15:30
- 33
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan rayonu şəhid Fədail Nadirov adına istirahət parkında “İdman hamı üçün” layihəsi çərçivəsində uşaq və yeniyetmələr arasında “Sən de, o etsin!” idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin gedişində yeniyetmə və gənclər jim, plank, press, top çiləmə, oturub-durma və ip atlama üzrə müxtəlif təmrinləri yerinə yetiriblər.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtının səmərəli keçirilməsinə töhfə vermək, onlarda dinamiklik, cəldlik və çeviklik kimi keyfiyyətləri inkişaf etdirilmək olmuşdur.