Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünə bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç keçiriləcək.


"Şəki" "Qaradağ Lökbatan"ın, "Ağstafa Gəncləri" "Şəmkir"in qonağı olacaq.


Azərbaycan Kuboku


I təsnifat mərhələsi


7 oktyabr


14:30. "Qaradağ Lökbatan" – "Şəki"


Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov.


Hakim-inspektor: Zöhrab Qədiyev.


AFFA nümayəndəsi: Törə Əhmədova.


Lökbatan Olimpiya İdman Kompleksinin stadionu


14:30. "Şəmkir" – "Ağstafa Gəncləri"


Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov.


Hakim-inspektor: Munis Abdullayev.


AFFA nümayəndəsi: Mahal Məmmədov.


Şirvan Olimpiya İdman Kompleksinin stadionu


Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.