“Qəbələ” tarixində 750-ci qolunu vurub.

Rekord.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 27-ci turuna təsadüf edib.

“Sabah”la ev oyununda (2:2) rəqib qapısına vurulan 2-ci top “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olub. Bu topa Stefan Vukçeviç imza atıb.

İlk rəsmi matçını 16 il öncə keçirən “Qəbələ” 576-cı oyununda “750”yə çatıb. Bu qollardan 527-si Premyer Liqa, 115-i ölkə kuboku, 72-si birinci dəstə, 36-sı UEFA Avropa Liqasına təsadüf edib. “Qəbələ” indiyədək evdə 423, səfərdə 325, neytral meydanda 2 qol vurub.

1-ci qol: 2005/06 mövsümü, birinci dəstə
21.09.2005. “Göygöl” – “Şərur” – 8:0
İlqar İbrahimov (öz qapısına)

250-ci qol: 2010/11 mövsümü, Premyer Liqa
17.04.2011. “Qəbələ” – “Simurq” – 3:0
Milan Antiç

500-cü qol: 2015/16 mövsümü, Premyer Liqa
19.03.2016. “Qəbələ” – “Qarabağ” – 1:2
Sergey Zenyov

750-ci qol: 2020/21 mövsümü, Premyer Liqa
14.05.2021. “Qəbələ” – “Sabah” – 2:2
Stefan Vukçeviç