Oktyabrın 4-də Şəmkir rayon Bayramlı İdman Kompleksində Vətən Müharibəsinin şəhidi Məmmədov Vacib Zabit oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq Şəmkir rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda müxtəlif çəki dərəcələri üzrə ümumilikdə 60 idmançı öz gücünü sınayıb. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin medal və diplomları ilə təltif olunublar.