“Qəbələ”dən 5-ci gündə 2 məşq
- 2020-01-16 23:01
- 860
“Qəbələ” mövsümünün ikinci yarısına hazırlığını davam etdirir.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 5-ci gününü başa vurub.
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıb. Hər iki hazırlıq prosesi meydançada baş tutub. Məşq toplu və topsuz çalışmalardan ibarət olub.