Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda “Etar” klubu ilə qarşılaşıb.

Bolqarıstan təmsilçisi ilə oyuna saat 17:00-da start verilib. Bu görüşdə qapılara qol vurulmayıb.

Yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub etmişdi. Komanda ayın 25-də keçiriləcək son görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.

Yoxlama oyunu
22 yanvar

Qəbələ – Etar (Bolqarıstan) 0:0
Antalya, “Karvansaray” otelinin meydançası.

Qəbələ: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 8. Qismət Alıyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. Ülvi İsgəndərov, 17. Yavo Akakpo, 74. Yusif Nəbiyev, 90. Caio Manoel (baxışdadı).