
Qazax futbolu ilə bağlı xoş xəbər: AFFA hərəkətə keçdi - ÖZƏL!
- 13:00
- 186
Qazax şəhər stadionu əl dəyişdirməyə yaxındır.
Rekord.az-a daxil olan məlumata görə, hazırda Həmkarlar İttifaqının balansında olan stadion AFFA-nın nəzarətinə verilə bilər.
Hazırda sözügedən ittifaqla federasoya arasında bununla bağlı danışıqlar gedir və danışıqlar müsbət yöndədir. Bütün detallar razılaşdırılandan sonra AFFA Qazax stadionunu uzun müddətli icarəyə götürəcək. Bundan sonra isə arenada ciddi işlərə start veriləcək, əsas stadion, ehtiyat meydança və oteldə ciddi təmir işləri aparılacaq. Eyni zamanda uşaq futboluna da federasiya tərəfindən ciddi yatırımlar nəzərdə tutulur, burada akademiya yaradılması planlaşdırılır. "Göyəzən" klubunun da bu layihədən kənar qalmayacağı gözlənilir.