Bu il "Qarabağ"la müqaviləsi baş çatacaq futbolçulardan biri də Bədavi Hüseynovdur.


Rekord.az-a daxil olan məlumata görə, 7 ilə yaxındır Ağdam klubunun şərəfini qoruyan dağıstanlı futbolçu hazırda komandanın aparıcı futbolçularından sayılır.


Əldə etdiyimiz məlumata görə, Ağdam klubu Hüseynova yeni müqavilə təklif etməyə hazırlaşır. Başqa təklifi olmayan müdafiəçinin də "Qarabağ"ın yeni müqavilə təklifinə müsbət cavab verəcəyi gözlənilir.