“Qarabağ MecHack-9030" "köhlən atlar"ın qonağı olub FOTO
- 14 Dek 2025 19:01
- 46
Azərbaycanın və Qafqazın FIRST Robotics Competition üzrə ilk və yeganə komandası - “Qarabağ MecHack-9030” bu gün "Qarabağ" - "Araz Naxçıvan" matçını canlı izləyib.
"Rekord.az" xəbər verir ki, bu komanda gəncləri STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) sahələrində inkişaf etdirmək, beynəlxalq yarışlarda təmsil etmək və ölkənin intellektual imicini yüksəltmək məqsədi daşıyır.
Komandasın əsas tərəfdaşı "Qarabağ" Futbol Klubudur.
Klub bu əməkdaşlıqla gənclərin bacarıqlarının genişləndirilməsinə və Azərbaycan mədəniyyətinin tanıdılmasına verdiyi dəstəyi daha da gücləndirir.
“Qarabağ MecHack-9030” komandası son üç ildə beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edib və müxtəlif mükafatlar qazanıb.