photo

"Qarabağ" İspaniyadan yeni futbolçular transfer edir?

  • 2019-12-05 11:00
  • 250

"Qarabağ"ın transfer siyahısına 2 yeni futbolçu əlavə olunub. 

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi hazırda İspaniyada çıxış edən iki hücumçunu gündəminə alıb.

Qurban Qurbanovun maraq göstərdiyi forvardlardan biri "Real"ın B komandasında ("Kastilya") çıxış edirsə, digəri "Qranada"nın formasını geyinir. Azərbaycan çempionu icarə variantına üstünlük verir.

"Kastilya"da əsas heyətə düşmək uğrunda mübarizə aparan 3 ispaniyalı hücumçu var - Pablo Rodriqes, Xuanmi Latasa və Pedro Ruis.

"Qranada"nın şərəfini qoruyan qolçulardan ən məşhuru Roberto Soldadodu. Əsasən "Valensiya"dan tanıdığımız 34 yaşlı ulduz ötən yay "Fənərbaxça"dan gəlib və hazırkı klubu ilə 1,5 milyon avroluq birillik müqavilə imzalayıb.

"Qranada"da çıxış edən digər hücumçular isə ispaniyalı Antonio Puertas, kolumbiyalı Adrian Ramos və venesuellalı Darvin Maçisdir. (sрortinfo.az)

 

Son xəbərlər