Avropa Liqasının qrup mərhələsinin VI turunda “Düdelanj”la qarşılaşan “Qarabağ” Azərbaycanın UEFA reytinqini artırıb. 

Rekord.az xəbər verir ki 1:1 hesablı heç-heçə sayəsində ölkəmiz 0,250 xal əldə edib.

Bununla da cari mövsümün qazancı 3,375-ə yüksəlib. Nəticədə son 5 ilə əsasən hesablanan reytinqimiz 18,750-yə çatıb. Bu, Tofiq Bəhramov adına Respublika stadionundakı matçadək Avropada 26-cı olan Azərbaycanın bir pillə irəliləmək şansının üzərindən xətt çəkib.

Avrokubok mövsümünü başa vuran ölkəmiz 18,875 xala malik Belarusu arxada qoyaraq 25-ci sıranı ələ keçirməyi bacarmayıb. Bunun üçün “Qarabağ”a qələbə vacib idi.