Hazırda icarə əsasında “Betis”də çıxış edən “Barselona”nın futbolçusu Emerson karyerasını Fransada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, 22 yaşlı futbolçu PSJ-nin hədəfindədir.

Məlumata görə, Paris klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro təklif edir.

Emersonun “Betis”lə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Braziliyalı futbolçunun “Barselona” ilə müqaviləsi isə 2024-cü ilin yayında başa çatacaq.