Futbol üzrə İngiltərə Premyer Liqasında daha 16 nəfər koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 11-17 yanvar aralığında bütün iştirakçı klubların kollektivindən iki mərhələdə 3115 COVİD-19 testi götürülüb ki, onun 16-nın nəticəsi pozitiv olub.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.