Saatlıda voleybol turniri keçirilib
- 17:00
- 38
Saatlı OİK-də Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun və Saatlı rayon Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Saatlı rayon UGİŞM-nin qrupları arasında voleybol idman növü üzrə turnir keçirilib.
Rekord.az xəbər verir ki, turnirin məqsəd və qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib.
Turnirdə l, II və lll yeri tutan komandalar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub.