Ölkə çempionatında növbəti oyun baş tutub
- 20:55
- 32
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord az" xəbər verir ki, bu gün Yüksək Liqanın IV turu çərçivəsində bir qarşılaşma baş tutub.
“Milli Aviasiya Akademiyası” VK-nın idman zalında təşkil olunan görüşdə “Milli Aviasiya Akademiyası” və “AZERRAIL” komandaları üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Yüksək Liqada növbəti oyunlar 25–26 noyabr tarixlərində keçiriləcək.
Yüksək Liqa (qadınlar)
IV tur
24 noyabr
“Milli Aviasiya Akademiyası” – “AZERRAIL” 3:2 (25:17, 21:25, 21:25, 25:19, 16:14)