Kişi voleybolçular arasında ölkə birinciliyində daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqanın I turundan təxirə salınmış “Gənclər” – “Xilasedici” qarşılaşması keçirilib.

FHN-nin idman zalında baş tutan görüş “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, kişi voleybolçular arasında Yüksək Liqanın III turunun oyunları noyabrın 6-da keçiriləcək.


 Oyunun nəticəsi

Yüksək Liqa (kişilər)

I tur (təxirə düşən oyun)

 30 oktyabr

   “Gənclər” – “Xilasedici” — 0:3 (10:25, 15:25, 19:25)