Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bunlar 2-ci və 7-ci turlardan təxirə salınmış qarşılaşmalardır.

2-ci turun oyunu çərçivəsində UNEC klubu "Abşeronla, 7-ci tur çərçivəsində isə  "Milli Aviasiya Akademiyası" klubu "Gənclər"lə üz-üzə gəlib. Bu oyunlarda UNEC və "Milli Aviasiya Akademiyası" quru hesablı qələbə qazanıblar.


Yüksək Liqa

Təxirə salınmış oyunlar

II tur

   UNEC - "Abşeron" 3:0 (25:15, 15:18, 25:14)

VII tur

   "Milli Aviasiya Akademiyası" - "Gənclər" 3:0 (25:18, 25:14, 25:12)