Ölkə birinciliyində növbəti oyunlar baş tutub
- 19:55
- 25
Qadın voleybolçuların ölkə birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün UNEC klubu "Turan"la, "Milli Aviasiya Akademiyası" isə "Murov Az Terminal"la üz-üzə gəlib.
Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb. Rəqiblərini quru hesabla məğlub edən "Turan" və "Milli Aviasiya Akademiyası" klubları növbəti üç xallarını qazanıblar.
Yüksək Liqa
4 dekabr
V tur
UNEC - “Turan” 0:3 (13:25, 20:25, 21:25)
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:0 (25:18, 30:28, 25:15)