Voleybol üzrə Azərbaycan çempionatının bu həftəki proqramında müəyyən dəyişikliklər edilib. "Rekord.az" xəbər verir ki, dəyişiklik həm qadınların, həm də kişilərin Yüksək Liqa oyunları ilə bağlıdır.
Qadınların Yüksək Liqasında 11 dekabr tarixində nəzərdə tutulan VI turun “Murov Az Terminal” – “Abşeron” qarşılaşması təxirə salınıb. Həmin gün saat 16:00-da başlanmalı olan “Gənclər” – UNEC oyunu isə saat 18:00-da başlayacaq.
Kişilərin Yüksək Liqasında 13 dekabrda keçiriləcək VI turun “Xilasedici” – “Gənclər” oyununun start vaxtında dəyişiklik olunub. Bu qarşılaşma saat 14:00-da deyil, 16:00-da başlayacaq.

Yüksək Liqa (qadınlar)
10 dekabr (təxirə düşən oyun)
I tur
   18:00. “DH Volley” - “Abşeron”

Yüksək Liqa (kişilər)
10 dekabr
VI tur
   17:00. “AZERRAIL” - “Murov Az Terminal”

11 dekabr
VI tur
   17:00. “ORDU” - “Neftçi”

Yüksək Liqa (qadınlar)
11 dekabr
VI tur
   14:00. “Turan” - “Milli Aviasiya Akademiyası”
   18:00. “Gənclər” - UNEC

Yüksək Liqa (kişilər)
13 dekabr
VI tur
   16:00. “Xilasedici” - “Gənclər”