Məlum olduğu kimi, "Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı "qırmızı-qaralar”dan ayrılıb.

Rekord.az xəbər verir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türkiyəli mütəxəssisin klubumuzdakı 12 illik fəaliyyəti başa çatıb. 

Əldə etdiyimiz məlumata görə, türkiyəli mütəxəssis daha az maaşa da qalıb işləməyə razı imiş. Lakin klubun maddi durumu o qədər pisləşib ki, onlar Fıçıcının hətta minimum tələblərini də qarşılaya bilməyib.