“Qəbələ” yoxlama oyunu keçirib.


Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Yaponiyanın U-20 yığması ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan görüş məhsuldar alınıb.


Hər hissəsində iki qolun vurulduğu matçda qonaq komanda 3:1 hesablı qələbə qazanıb. "Qəbələ"nin heyətində Xəyyam Məmmədli fərqlənib.


“Qəbələ” Misli Premyer Liqasının 7-ci turunun oktyabrın 10-da keçiriləcək matçında “Sumqayıt”ın qonağı olacaq.