“Ən vacib olan “Şamaxı” ilə oyuna hazır olmaqdır”
- 21:30
- 37
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la yoxlama oyunu haqqında fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
“Düşünürəm ki, hər iki komandanın futbolçuları meydanda istəkli idilər. Ən vacib olan hazırda ayın 10-da “Şamaxı” ilə oyuna hazır olmaqdır. Demək olar ki, bu gün hazırlığımızı tamamladıq. Bundan sonra oyun həftəsinə girəcəyik. Ümid edirəm ki, həmin matçda istədiyimiz oyunu nümayiş etdirib nəticə qazanacağıq”.