Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.


Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunda Rumıniya - İsveç qarşılaşmasını idarə edəcək.


Oktyabrın 5-də Buxarestdə keçiriləcək oyunda Məsiyevə yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək.


Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.


Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.