Millimiz Litvaya qalib gəldi
- 19:00
- 35
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan millimiz üçüncü oyununda Litva yığması ilə qarşılaşıb.
Sözügedən komandalar arasındakı görüş Bakıda baş tutub. Oyunu Portuqaliyadan olan hakimlər idarə edibər. Görüşün baş hakimi Qustavo Korreya olub.
Millimiz daha öncə səfərdə Litva (1:1), evdə isə Lixtenşteynlə (0:0) heç-heçəyə razılaşıb. Litva yığması isə Lixtenşteyni səfərdə 2:0 hesabıyla üstələyib. Bu üzdən də millimiz qrup liderliyini ələ keçirmək üçün bugünkü matçdan mütləq qalib ayrılmalıydı. Ayxan Abbasovun yetirmələri bu vəzifənin öhdəsindən çətinliklə də olsa, gəliblər. Millimiz yekunda 1:0 hesablı qələbəyə sevinib.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
4 oktyabr
Azərbaycan – Litva 1:0
Qol: Abdulla Xaybullayev, 25.
Baş hakim: Qustavo Korreya (Portuqaliya).
8-ci km stadionu.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Anatoli Nuriyev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.
Litva: 12. Tomas Şvedkauskas, 3. Edqaras Utkus, 6. Modestas Vorobyovas, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 18. Vilius Armalas, 20. Rokas Lekiatas, 21. Adrian Lickunas.
Ehtiyat oyunçular: 1. Lukas Paukşte, 23. Djuqas Bartkus, 2. Artemiyus Tutişkinas, 4. Faustas Steponaviçyus, 5. Kipras Kazukolovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Eliyus Yankauskas, 16. Lukas Miçelbrink, 17. Deyvidas Maljinskas, 19. İqnas Venckus, 22. Motveyus Burba.
Baş məşqçi: Edqaras Yankauskas.