Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.


Rekord.az xəbər verir ki, Rui Jorjenin baş məşqçisi olduğu kollektiv Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.


Qəbələ şəhər stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.


Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 6-da Yaponiya ilə qarşılaşacaq.