Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, məşqçi 1:0 hesablı qələbə haqda bunu deyib:


"Bilirdik ki, komanda çox yorulacaq. Əsas odur, istədiyimizə nail olduq. Lixtenşteynlə oyundan sonra narahatlıqlarım vardı. Sevinirəm ki, üç gün ərzində komanda toparlandı. Futbolçular performanslarından daha yaxşı oynadılar. Qarşıda bir yoldaşlıq, bir rəsmi matç var. İnanıram ki, bu oyunlardan qələbə ilə ayrılacağıq".


Abbasov hakim idarəçiliyinin ədalətli olduğunu deyib:


"Hakimliklə bağlı hər şey ortadadır. Ədalətli idarəçilik oldu. Hakim tempi yüksək saxladı. Rəqib baş məşqçinin narazılığını başa düşürəm. O da nəsə deməlidir".