UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün IV turun növbəti oyunları keçiriləcək.

Rekord.az xəbər verir ki, A, B və D liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

A Liqasında isə Niderland Serbiya ilə, Yunanıstan Almaniya ilə, Portuqaliya isə Norveçlə üz-üzə gələcək. Azərbaycan isə D Liqasında Litva ilə üz-üzə gələcək.

UEFA Millətlər Liqası

Qrup mərhələsi

A Liqası

2-ci qrup

22:45. Yunanıstan - Almaniya

22:45. Niderland - Serbiya

Xal durumu: Yunanıstan - 7, Niderland - 5, Almaniya - 4, Serbiya - 0

4-cü qrup

22:45. Portuqaliya - Norveç

22:45. Uels - Danimarka

Xal durumu: Portuqaliya - 9, Danimarka - 3, Norveç - 3, Uels - 3

B Liqası

3-cü qrup

20:00. Kosovo - Avstriya

22:45. İrlandiya - İsrail

Xal durumu: Avstriya - 7, Kosovo - 4, İrlandiya - 4, İsrail - 1

D Liqası

1-ci qrup

20:00. Malta - Andorra

Xal durumu: Malta - 4, Cəbəllütariq - 2, Andorra - 1

2-ci qrup

17:00. Azərbaycan - Litva

Xal durumu: Litva - 4, Azərbaycan - 2, Lixtenşteyn - 1