"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb.


Rekord.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.


Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.


Qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.