Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.


Rekord.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rusiyalı Sabina Giliazovaya uduzub.


K.Əliyeva 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub etmişdi.


Oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.