Şəfəq Həmidova mübarizəni dayandırdı
- 13:00
- 33
Azərbaycan cüdoçusu Şəfəq Həmidova (48 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Rekord.az xəbər verir ki, o, 1/32 finalda madaqaskarlı cüdoçu Nataşa Razafindrakaloya uduzub.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.