"Qarabağ" "Zirə"yə qalib gəldi
- 21:00
- 38
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" və "Zirə" yoxlama oyununda üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, “Azersun Arena”nın məşq meydançasında keçirilən matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Aleksey Kaşuk dubl edib və Zakaria Savo fərqlənib. "Zirə"nin yeganə qolunu isə Dameyn Smit vurub.
“Qarabağ" hazırda milli çempionatda 13 xalla 3-cü (5 oyuna), "Zirə" isə 10 xalla 5-cidir (6 oyuna).