Voleybol üzrə kişilər arasında ölkə birinciliyində daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, 9-cu tur çərçivəsində "AZERRAIL" və "ORDU" klubları qarşılaşıblar.
Görüş FHN-nin idman zalında təşkil olunub. Bu matçda "ORDU"klubu rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Yüksək Liqa
IX tur
   "AZERRAIL" - "ORDU" 1:3 (16:25, 23:25, 25:16, 22:25)