“Neftçi” yanvarın 19-da baş məşqçi Roberto Bordindən sonra onun köməkçisini də yola saldı.

Rekord.az xəbər verir ki. paytaxt təmsilçisi fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi.

Hal-hazırda əsas komanda 3 nəfərin ümidinə qalıb. Müvəqqəti olaraq baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Füzuli Məmmədova İqor Getmanla Etibar Tarıverdiyev yardım edir.

Məşqçi korpusunda bundan sonra yeni adlar görəcəyikmi? sportinfo.az bu sualla Ceyhun Sultanova müraciət edib.

İdman direktoru komandaya köməkçi məşqçi axtardıqlarını təsdiqləsə də, namizədlər barədə konkret ad çəkməyib.