"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verir.


Rekord.az xəbər verir ki, "ağ-qaralar" B qrupunda mübarizə aparacaq.


Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Bakı vaxtı ilə saat 11:20 Polşa, 15:30-da isə Çinlə üz-üzə gələcək.


Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.