Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, 8-ci tur çərçivəsində "Neftçi" - "Gənclər" və "ORDU" - "Murov Az Terminal" qarşılaşmaları keçirilib.

FHN idman zalında təşkil olunan ilk görüşdə "Neftçi" klubu "Gənclər"i quru hesabla mğlub edib.

Turun digər oyunu isə gərgin keçib. 5 hissə davam edən matçda "ORDU" klubu "Murov Az Terminal"ı 3:2 hesabı ilə üstələyib.


Yüksək Liqa
VIII tur
   "Neftçi" - "Gənclər" 3:0 (25:10, 25:10, 25:23)
   "ORDU" - "Murov Az Terminal" 3:2 (25:15, 20:25, 25:22, 23:25, 15:10)